Ana səhifə | Dünya | Rusiya Abxaziyada hərbi baza yerləşdirib

Rusiya Abxaziyada hərbi baza yerləşdirib

Kilanava iddia edir ki, iyunun 15-də bazaya ağır hərbi texnika gətirilib. “Konflikt zonasında belə silahlanma qadağan olunub. Çünki bu müdafiə deyil, hücum vasitəsidir.”-deyə Kilanava bildirib.

Əvvəl təlim mərkəzi kimi fəaliyyət göstərən baza strateji baxımdan əlverişli yerdə yerləşir. Belə ki, oradan Gürcüstanla sərhəd olan Qal rayonunun bütün giriş və çıxışlarını nəzarət altında saxlamaq mümkündür.

Rusiyanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Kilanavanın dedikləri sadəcə dezinformasiyadır. “Bu Gürcü tərəfinin növbəti uydurmasıdır. Onlar gürcü-abxaz tərəfələri arasında mandata uyğun olan şəkildə sülhün yaradılmasına sərf olunan gücü zəiflətmək istəyirlər.”-deyə RF DİN-nin mətbuat xidmətinin rəhbəri polkovnik Aleksandr Drobışevskiy bəyan edib.

Ülviyyə AXUNDOVA \RİA\

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb