"Ermənistan bu prosesdən tam kənara çəkilməlidir"
«Ermənistan bu prosesdən tam kənara çəkilməlidir. Azərbaycanın torpaqlarını Ermənistan Silahlı Qüvvələri işğal ediblər. Ermənistan tamamilə kənara çəkilərsə, Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə Azərbaycan öz ərazisində erməni icması ilə danışığa gedə bilər». Bunu iyunun 14-də jurnalistlərə verdiyi açıqlamasında Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Novruz Məmmədov bildirib ki, indiki halda icmaların görüşməsi mümkün deyil: «İcmaların görüşməsi o zaman mümkün ola bilər ki, Azərbaycan və Ermənistan arasında müəyyən bir sənəd imzalansın. Sonra isə Dağlıq Qarabağda Ermənistan icmasının yerləşdirilməsi, məcburi köçkünlərin qayıtması və digər işlərlə bağlı danışıqlar ola bilər»,
Şöbə müdiri qeyd edib ki, danışıqların hansı məcrada davam edəcəyi həmsədrlərin regiona səfərindən sonra məlum olacaq. «Prezidentlər Xarici İşlər Nazirlərinə və həmsədrlərə göstərişlər veriblər. Müəyyən yeni məqamlar var və fikir mübadiləsi aparılmalıdır. Mövqe formalaşandan sonra proseslərin davamı haqqında düşünmək olar», - deyə Məmmədovvurğulayıb.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh