09/11/09 Azərbaycanda daha 8 nəfərdə “donuz qripi” aşkar edilib
Azərbaycanda daha 8 nəfərdə A/H1N1 virusu (“donuz qripi”) aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, xəstələrdən 3-ü Ukraynadan, 1-i Türkiyədən gəlmiş Azərbaycan
vətəndaşları, 1-i İngiltərədən gəlmiş xarici vətəndaş, digər 3-ü isə Ukraynadan gəlmiş “donuz qripi”nə yoluxan birinci xəstə ilə təmasda olan Bakı sakinidir. Xəstələrdən 2-si stasionar müalicə alır. Onların hər 2-si 7 saylı Birləşmiş Yoluxucu Xəstəxanasına yerləşdirilib. Digər xəstələr isə ambulator şəraitdə müalicə alırlar.
Xəstələrin hamısının vəziyyəti kafidir.
Forumda müzakirə etXəstələrin hamısının vəziyyəti kafidir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh