Ana səhifə | Gündəm | 09/11/09 2 827 520 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

09/11/09 2 827 520 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

image

Bu ilin oktyabr ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2 827 520 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, 16 248 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

İndiyədək isə Azərbaycanın cəmi 115 803 002 kv/m ərazisi mina və PHS-dən təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 504,396-dır.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
Forumda müzakirə et

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb