Ana səhifə | Gündəm | Ramil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək

image

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov daha iki bölgədə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı

vətəndaşları qəbul edəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşlərdən biri cari ilin aprel ayının 11-də Şəki şəhərində olacaq. Nazir burada Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan şikayətçiləri qəbul edəcək. Digər görüş isə aprel ayının 25-də Lənkəran rayonunda olacaq. Nazir burada Lənkəran, Cəlilabad və Masallı sakinlərinin şikayətlərinə qulaq asacaq. Qəbul saat 11.00-da başlayacaq.

 



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb