Ana səhifə | Gündəm | "Türkiyə Azərbaycanın Qarabağ siyasətini dəstəkləyir"

"Türkiyə Azərbaycanın Qarabağ siyasətini dəstəkləyir"

Türkiyə Böyük Millət Məclisi başçısı Türkiyənin Dağlıq Qarabağ siyasətinin dəqiq olduğunu vurğulayıb.«Türkiyə bu mövzuda hər platformada, dünyanın harasında olursa olsun, Azərbaycanın Dağlıq Qarabağ siyasətini dəstəkləyəcək. Hər keçən gün bu dayanıqlılığımız daha da artmaqdadır. Ümid edirəm ki dünyanın gözü qarşısında meydana gələn bu hadisələri hər kəs düzgün qiymətləndirəcək. Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyə- Ermənistan əlaqələri həll olunmayacaq. Başqasının torpaqlarında gözümüz yoxdu, amma öz torpaqlarımızın da bizə aid olmasını istəmək haqqımızdır»,- deyə TBMM başkanı bildirib.

 Ülviyyə AXUNDOVA \RİA\ 



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb