30/04/09 “Bir nəfər “Makarov”la 13 nəfəri qətlə yetirə bilməz”
korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Aprelin 30-da səhər saatlarında Neft Akademiyasında baş vermiş terror aksiyası barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı rəsmi məlumatda belə deyilr.
- Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.
Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb, - deyə güc orqanlarının hadisə barədə yaydığı rəsmi məlumatda bildirilir.
Şahidlər nə deyir?
Hadisə baş verən anda təhsil müəssisəsində olan şahidlər isə tamam fərqli şeylər danışırlar. Onların dediyinə görə, hadisəni törədən terrorçu bir nəfər deyil, 2 nəfər olub. Tələbələrdən birinin açıqlamasına görə, onlardan birinin başında maska olub. Qapını təpiklə açaraq içəri daxil olub və qarşısına keçən hər kəsin başına güllə sıxıb. Bəziləri onların slavyan mənşəli, bəziləri isə qaradərili şəxslər olduğunu deyirlər. Eyni zamanda onlar atəş səslərindən terror aksiyasında istifadə olunan silahın “Makarov” deyil, avtomat silah olduğunu ehitmal edirlər.
Terrorçular 4 nəfər olub?
ADNA-nın yaşlı müllimələrindən biri isə binadan çıxarkən hadisə yerində onun yardımına qaçan şəxslərə terrorçuların 4 nəfər olduğunu deyib. Onun sözlərinə görə, onlar Suriya vətəndaşları olublar. Neft Akademiyasına bu ilin fevral ayında qəbul ediliblər.
“Marakov”la bu qədər adam öldürmək mümkün deyil?
Ekspertlər də hadisənin bir nəfər tərəfindən törədildiyini istisna edir. Mütəxəssislər hesab edirlər ki, «Makarov»dan uzaq məsafə üçün istifadə etmək mümkün deyil. Digər silahlarla müqayisədə bu tapançanın patron darağında güllələrin sayı məhduddur: cəmi 8 patron. Bu göstəricilərə malik tapança ilə 13 nəfəri öldürmək o qədər də inandırıcı səslənmir.
Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq” radiosuna verdiyi açıqlamada bildirib ki, bu silahla asanlıqla bir qrup insanı öldürmək yalnız peşəkarlara məxsus qabiliyyətdir:
- «Makarov»la bu qədər adamın öldürülməsi və yaralanması mənim üçün bir az qaranlıq qalır. Nəzərə alsaq ki, bu adam peşəkar hərbçi deyil, mülki şəxsdir, yoxlanılsa, bəlkə də heç hərbi xidmətdə də olmayıb. Bunun xüsusi hazırlığı olmalıydı ki, bu qədər insanı qətlə yetirsin, yaralasın.
Ü.Cəfərov Akademiyaya basqın edəni professional hesab etmir və istifadə olunan silahın «Makarov» olmasına şübhə ilə yanaşır:
- Bu silahla bu qədər insanı belə asanlıqla qətlə yetirmək mümkün deyil. Ümumiyyətlə, tapança ilə bu qədər insanın qətlə yetirilməsi şübhə oyadır. Ola bilsin ki, bu, tapançaya bənzər başqa bir silahdır. Düşünürəm ki, ballistik və digər ekspertizalar məsələyə aydınlıq gətirəcək.
Ü.Cəfərov deyir ki, Azərbaycanda indiyədək olan qətllər zamanı istifadə olunan silahların nə nömrəsi, nə də hansı güc strukturuna aid olması açıqlanmayıb:
- Hər bir silah Azərbaycan ərazisində qeydiyyatdadır. Silahların istehsal olunduğu zavod, hətta patronların belə hansı ölkəyə, hansı seriya altında göndərilməsi aydın olan məsələlərdir.
“Qatil “məhsuldar” işləyib”
Ekspert kriminalist İlqar Altay RİA-ya bildirib ki, kriminal hadisələr tarixində bir nəfərin “Makarov tipli tapança ilə bu qədər adamı qətlə yetirməsi faktına rast gəlinməyib.
- Məntiqi baxımdan bu mümkün deyil. Hadisə zamanı 40-dan çox atəş açılıb. Belə çıxır ki, qatildə “Makarov” tipli tapança olubsa, terrorçu 5-6 daraq dəyişib. Bu da onu göstərir ki, ona heç kəs mane olmayıb və sərbəst şəkildə bu qədər şəxsi qətlə yetirib. Çox peşəkar olub və kriminal dildə desək, "məhsuldar" işləyib. Ya da ehtimal etmək olar ki, qatil tək olmayıb. Və yaxud da atəş “Makarov”dan deyil, avtomat tipli silahdan açılıb.
İlqar Alyat qətlin motifi barədə də versiyalar irəli sürüb.
- Üç versiya üzərində düşnmək olar.
1. Qisasçılıq zəmnində törədilib. Qatil Neft Akademiyasında oxuyan hansısa qohumunun və ya tanışının qisasını alıb. Intiqam hissi onu bu addımı atmağa vadar edib.

2. Ikinci, bu hadisə Azərbaycana qarşı əvvəlcədən hazırlanmış terror aksiysı olub.
3. Bu adam ruhi chətdən tam sağlam adam olmayıb.
“Fərda belə bir cinayət törədə bilməzdi”
Terror hadisəsində şübhəli bilinən Fərda Qədirovun yaxınları və həmyerliləri də onun belə bir cinayət törətməyə qadir olduğunu istisna ediblər. Eyni zamanda onun psixologiyasında hər hansı bir dyişikliyin olmasını da təkzib ediblər. Şübhəlinin atası APA-ya verdiyi açıqlamasında Fərdanın belə bir hadisə törətməyə qadir olmadığını deyib.
- Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, işçi qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi.
Fərda Bakıya gəlməmişdən qabaq mənimlə Podovskidə yaşayıb. Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim.
Sonra eşitdim ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib. Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...
Ölənlərin sayı azaldılır?
Hadisədən zərərçəkənlərin sayı barədə də ziddiyyətli faktlar səsləndirilir. Hadisə yerində olan jurnalistlərin hesablamalarına görə, Akademiyanın binasından 20-dən çox meyit çıxarılıb. Adının çəkilməsini isğtəməyən mənbənin RİA-ya verdiyi məlumata görə, təkcə Nəsimi rayon Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə 20 meyit gətirilib. Rəsmi məlumatda isə mənbənin dedikləri təkzib edilir. Güc orqanlarının birgə yaydığı açıqlamada terrorçu qarışıq 13 nəfərin öldüyü bildirilir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh