Ana səhifə | Gündəm | 02/05/09 ADNA-nın tələbəsi: “Terrorçulardan 3-nü görmüşük” (Yenilənib)

02/05/09 ADNA-nın tələbəsi: “Terrorçulardan 3-nü görmüşük” (Yenilənib)

- Mənim dostumu gözümün qabağında vurdular. Gözlərimin qarşısında can verdi. 3 nəfər idilər. Başlarında maska vardı. Heç nə elyə bilmədim. Qorxudan qaçıb canımı qurtardım. Amma rəsmi məlumatlarda deyirlər ki, bir nəfər olub. Necə bir nəfər olub ki, elə üçünü 3-cü mərtədə, Elektrotexnika kafedrasında gözləri ilə görənlər var. Şəxsən hadisə zamanı yaralanan Yusif də bunu təsdiq edər. O da dedi ki, 3 nəfər maskalı şəxslərdi. Bizim xüsusi təyinatlılar içəri daxil olanda maskalarını çıxarıb uşaqlara qoşulud çölə qaçdılar. Polislər imkan vermədilər ki, ağzımızı açıb deyək ki, qaçırlar, tutun. İtələyə-itələyə çıxardılar hamını çölə, - deyə tələbələrdən biri təəsüratlarını RİA-nın ADNA-nın qarşısında divaryazma aksiyasından reportaj hazırlayan əməkdaşına danışdı. 
 
- Eşitdiklərini danışırsan, yoxsa gördüklərini?

- Birini mən şəxsən görmüşəm, - tələbə söhbətinə davam etdi. - Qara kurtka geyinmişdi, ayağında “kariçni” rəngdə krasovka vardı, köhnə cins şalvardaydı. Boy-buxunlu biri idi. 

- Qaqaş sən bu barədə polisə ifadə vermisən?, - deyə dolu bədənli, ortaboylu, qarabuğdayı bir oğlan kənardan tələbyə sual verdi. 

- Yox, dindirən var ki, ifadə də verim.

- Qaqaş, sən hər gördüyünü hər yerdə danışma, - deyə, oğlanın qoluna girib camaatın içərisinə tərf çəkdi. 

- Mən şəxsən görməmişəm, amma uşaqlar dınışırlar ki, terrorçulardan birinin əynində ağ köynək olub. Kafedranını qapısını açıb gülürmüş, - başqa bir tələbə söhbəti davam etdirir. - Bir nəfərin olması barədə deyilənlər yalandı. Gözləri ilə görənlər olub. Biri aşağıda darağı dəyişəndə yuxarıda atəş səsləri gəlirdi. 

“Uşaqların əksəriyyəti qanitirmədən öldü”

- Həlak olanların əksəriyyəti qanitirmədən ölüblər, - başqa bir tələbə söhbətə qoşuldu. - Təcili yardım maşınları zəngdən 40-45 dəqiqə sonra gəldilər. Həkimlər durub baxırdılar, biz yaralıları qucağımızda aşağı daşıyırdıq. Əminliklə deyə bilərik ki, Cabbarov Savalan qanitirmədən öldü. Bunu şəkillərdən də aydınca görmək olar. Biz onu yuxarıdan düşürdəndə sağ idi. Köynəyində o qədər də qan yox idi. Amma sonradan aşağıdakı şəkillərinə baxırıq, bütün qan içərisindədir. 

“Pəncərədən polisləri çağırırdıq”

- Terrorçular içəridə camaatı qırırdı, polis çöldən tamaşa edirdi, - deyə başqa bir tələbə söhbətə müdaxilə edir. - Pəncərədən qışqırırdıq ki, uşaqları vururlar, girin içəri, yerlərindən tərpənmirdilər. Hadisədən 40 dəqiqə sonra polis içəri daxil oldu. 

- Ümumiyyətlə silahın səsindən müəyyən edə bildiniz hansı silahdan atəş açlır?

- Dərsdə oturmuşduq. Bayırdan güllə səsləri gəldi. Əvvəl əhəmiyyət vermədik. Elə bildik kimsə fişəng partladır. Ardıcıl atırdılar. Avtomat silahdan atılan kimi, - deyə tələbələrdən biri sualı cavablandırdı. - Exo verirdi deyə səsindən müəyyən etmək olmurdu. Həm də müəllimlər atəş səsini eşidib, qapının qarşısını kəsdilər, qoymadılar çölə çıxaq.

- Amma mən bir neçə giliz gördüm Fərdanın meyitinin yanında, - deyə başqa bir tələbə müdaxilə etdi. - Balaca gilizlər idi.

- Bəs tapançanı gördün?

- Qara rəngli tapança idi, elə bil paslı idi. 

- Fərdanın özünü necə, heç əvvəllər görmüşdüz məktəbdə?

- Yox görməmişdik. 

- Bəs dönər satanı necə, tanıyırdız?

- Belə görmüşdük, dönər alırdıq bəzən oradan, amma tanışlığımız yox idi.

- Bəs Fərdanın özünü vurduğunu görən olub?

- Yox, mən çıxanda o yerdə uzanmışdı. Amma deyirlər ki, onu snayperlə vurublar. Onun meyiti olan yerdə pəncərənin şüşəsi də sınmışdı. 

Başqa bir tələbə müdaxilə edir. – Altıncı mərtbəyə mən də çıxmışdım. Orada pəncərələr sınmamışdı. Pəncərələr aşağı mərtəbədə sınmışdı.

“Uşaqlar dərsə gəlmək istəmirlər”

– Yekaternburqda diskotekada 4 nəfər ayaq altında qalıb öldü, şəhərdə matəm elan elədilər. Amma bizdə terror hadisəsi olub, 13 nəfər ölüb, bir o qədər də yaralı var, amma bunu faciə adlandırırlar, matəm elan eləmirlər. Niyə?! Düşünürlər terror deyib, matəm elan eləsələr caamatda xof yarana bilər. Artıq o xof var, heç kəs dərsə girmək istəmir o hadisədən sonra, - deyə başqa bir tələbə ölkədə matəm elan olunmamasına etirazını bildirir. - Birinci gün hamını dərsə çağırıblar. Qızlar ağlaşırlar ki, bizim dostlarımız ölüb burada, necə oturaq dərsdə. Gəlib görərsiz, heç kəs qorxusundan gələn deyil.

“Pulluların uşaqları dərsə silahla gəlirlər”

- Pulluların uşaqları var, burada oxuyan, Məhərrəm, Mahir, Mətləb, həmişə üstlərində silah gəzdirirlər. Bundan başqa maşınlarında da həmişə silah olur. Başqa vaxt silahlarını gözümüzə soxub “risovkalıq” edirlər, - tələbələrdən biri söhbətin mövzusunu dəyişdi. - Həmin gün onlar da binadaydılar. Deyirik ki, silahınız var, niyə atəş açmırsız, qaçıb gizlənirsiz? Cavab verirlər ki, can hər şeydən əzizdi, canımızdan bezməmişik ki, özümüzü təhlükəyə ataq.

“Rektorun otağına kamera var, binada isə yoxdu”

- Bunları tələbələrin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Rektorun otağında kamera quraşdırılıb. Utanmsa tualetə də kamer qoydurar, - tələbələrdən biri ADNA-dakı təhlükəsizlik tədbirlərindən gileyləndi. - Bu boyda binaya bir kamera da yerləşdirlməyib. Qapıda bir polis nəfəri də daynamır. Bir yaşlı kişi ilə qoca qadındı. Istənilən adam girib çıxır. Mən özüm başqa məktəbdə oxuyram, dəfələrlə gəlmişəm bura. Bir nəfər soruşmayıb ki, a bala hara gedirsən, kimsən. Amma indi ziyarətə gəlmişik, içəri buraxmırlar. Gül gətirmişik qoymağa, deyirlər olmaz. Amma öldürməyə gələnlərin qarşısını kəsən də olmur. Camaat yas içərisindədir, bunlar tələbənin qanı axan yerə gətirib hansısa istirahət mərkəzinin elanını yapışdırıblar. Qoparmaq istəyirik, polis imkan vermir. Bu qədər hörmətsizlik olar. Hələ də bina qan qoxuyur, amma bunlar camaatı mayın 30-da “Şəfa” istirahət mərkəzinə çağırırlar.
 
 
 
 


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (9 Göndərildi):

Ülviyyə Axundova Davam edin
avatar
Bunun biabırçılıq olduğu göz qarşısındadır. Bu hadisənin ən dəhşətli məqamı odur ki, bu gənclər heç nəyin üstündə, mənasız bir ölümlə həyatlarını, digərləri isə sağlamlıqlarını itiriblər. Ölümlərin ən alisi olan VƏTƏN uğrunda şəhid olmaq kimi ölüm qalıb bir kənarda, gənclərimiz davalarda, avtomobil qəzalarında, böyüklərin aqressiyasının nəticəsində həlak olurlar. Bu əsl dəhşətdir. Heç nəyin (heç nəyinmi?) üstündə ölənlərin ailələrinə baş sağlığı verirəm.
Kenan Doğulu Davam edin
avatar
Sizinle razıyım. Hanım, doğrusu yorumunuz makale gibi çıkmış elinize sağlık. Aslında sizin sözlere ek olarak şunuda ilave etmek istedim - bir doğulu olarak fikrim şudur: Helak olan insanlar aslında birer şehittirler! Çünki kendileri bilim üzerine katl edilmişler ve dolayısıyla şehitlik zirvesine çatmışlar. Malesef ki, onları devlet şehit olarak anmadı ve yalnız terör kurbanı olarak andı, bu çok yanlış.
Baş Redaktor Davam edin
avatar
Dəyərli oxucularımız, hər şeyin zamana ehtiyacı var. Zamanla bu cinayətin də təfərrüatları açıqlanacaq. Amma təəssüf ki, DİN bu gün yadığı bəyanatında bir çox media qurumlarını hadisə barəd qərəzli məlumat yaymaqda təqsirləndirib. Amma bununla belə artıq bizim yazdığımız təsdiqini tapır. Məhz ilk dəfə biz yazdıq ki, hadisənin törədildiyi vaxt üç nəfəri görən olub. Artıq üçüncü şəxs də həbs edildi. Əminəm ki, istintaqın gedişi ərəfəsində media və cəmiyyətə doğru-dürüst məlumatlar veriləcək. Hadisənin təfərrüatları açıqlanacaq. Siz də, biz də hadisənin motivi barədə dəqiq məlumatlar əldə edəcəyik. İtki bizim və gəlcəyimizin itkisi idi. Ümidvarıq ki, terror qurbanlarının xatirəsi əbədiləşdiriləcək. Təklif edərdik ki, Akademiyada heç olmazsa onların xatirəsinə bir lövhə vurulsun, stend hazırlansın.
Hunay Faruk Davam edin
avatar
Mene hele de bir shey chatmir ki niye bu terrorist ozuyle shexsiyyet vesiqesini goturmushdu, sizce bu aglasigmaz deyilmi?... sohbet yox ki bu evvelceden planlashdirilmish bir terror idi. Bashqa olkelerde hetta diskotekalarda facie bash verende bele matem elan edirler amma bizim olkenin akademiyalarindan birinde dehshetli hadise bash verib amma matemden sohbet bele getmedi hetta bu facieni tesaduf bele adlandirdilar. Demeli sabah da bele bir hadise bash vere biler, her gun matem elan edesi deyiller ki...
Bes dovletin telukesizliyinin keshiyinde duran her bir dovlet eleyhine respublikamizin sabitliyine yoneldilmish her hansi bir kes qruplashmani ashkar ede bilecek guce malik olan MTN imiz hara baxirdi, niye susdu?
Sahseven Dasburunlu Davam edin
avatar
Subhesiz ki, bu bir terror akti idi. Bunu basa dusmemek ucun gerek Azerbaycanda ya rusvetxor memur olasan, ya da ne bilim ne! Cox cetin dovrdeyik, sinaq dovrudur. Men xarici faktorlardan daha cox daxili faktorlardan subhelenirem. Diqqet yayindirmaq meqsedile coxlu sifaris esasinda meqaleler yazildi, soz sohbetler edildi, saiyeler yayildi. Ancaq bir de bele bir sey var ki, internet dovrunde bilgi dovrunde heqiqeti gizletmek en cetin islerdendir. Ogul isteyirem o heqiqeti gizletsin. Bacara bilmezler
Baş Redaktor Davam edin
avatar
Hörmətli Şahsevən bəy, müqayisə qüsürlu olsa da, bir söz var, yəqin ki, eşitmisən, "müşkü qoltuğunun altında da gizlətsən, qoxusu çıxacaq". :)))
avatar
Mənə maraqlı odur ki, niyə gərçəklər gizlədilir?Axı hər kəs bilir ki, bu faciə haqda deyilənlərin hər biri uşaqların belə inanmayacağı bir nağıldır,başqa heç nə!
VəFa HüSeYNoVa Davam edin
avatar
bu meqale haqqinda saytimizda fikrimi bildirmisdim bir daha bildirim qisa olaraq. insan gozleri ile gorduyunude bu olkede subut ede bilmiree! bele derd olar? yalan ola ola insanin uzu dururlar! agzinin ustunden vururlar, susdurular! niye? azad ölkde deyilik niye qoymursuz shahidler gozleri ile gorduklerini desinler?! serf etmir axi! gizletmekle ne elde edirsiz? 12ölu 13 yarali 1 terrorcu 6mertebeli bir uni. cox maraqli nagildi....! 3nefer idi artiq 8 nefer oldu. ancaq eminlikde 1nefer olub (!) deyilirdi. noldu 1oldu 8? evvelce 17ölü idi dirildi oldu 12? millet qoyun deyileee! UTANİN!
Baş Redaktor Davam edin
avatar
Hələ istintaq başa çatmayıb Vəfa xanım, ona görə də bir qədər təmkinli olun. Yəqin ki, istintaqın sonunda ən azı cəmiyyət bilməsə də, özləri biləcəklər neçə nəfər olub, onları kimlər təhrik edib. Sonunda bizə də bir xəbər sızdıran olar, biz də cəmiyyətə ötürərik.
Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb