27/10/09 Hüquq müdafiəçisini qarət edən şəxslərin məhkəməsi başlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun 30 min manatını oğurlamaqda və digər belə cinayətlər törətməkdə təqsirli bilinən - Bakı şəhər sakinləri
- 1978-ci il təvəllüdlü Məmmədov Ruslan Xosrov oğlu, 1981-ci il təvəllüdlü Mehdiyev Səxavət İsa oğlu, 1974-cü il təvəllüdlü Hüseynov Elgiz Eldar oğlu, 1970-ci il təvəllüdlü Əliyev Zaur Ənvər oğlu və 1968-ci il təvəllüdlü Həsənov Fətəli İdris oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İttihama görə, mütəşəkkil dəstə üzvlərinin ötən il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Cəfərov Rəşad Əbdülsəməd oğluna məxsus “Mercedes-180” markalı avtomobildən İ.Dadaşov küçəsində şüşələri sındırmaq yolu ilə şirkətə məxsus 74.000 manat oğurladıqları müəyyənləşib.
Bundan başqa, dəstənin 2008-ci ilin iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın qarşısında oranın xəzinədarı Sarıyev Mehman Haqverdi oğluna məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 ABŞ dolları, ötən ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Quliyev Səhman Dursun oğluna məxsus “Mercedes” markalı avtomobilin oturacağının altından 58.100 ABŞ dolları, ötən il may ayının 27-də saat 18:50 radələrində İnşaatçılar prospekti - 38-in qarşısında Məmmədli Çingiz Fəxrəddin oğluna məxsus “Tucson” markalı avtomaşından 39.000 manat, ötən ilin iyulun 14-də saat 12:00 radələrində Ə.Hüseynzadə küçəsi - 54-ün qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Behbudov Elçin Tofiq oğluna məxsus “Tofaş” markalı, 10 SK 111 dövlət nömrə nişanlı avtomobildən oturacağın altından 30.000 manat, ötən ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Həşimov Nəriman İmran oğluna məxsus “VAZ-2106” markalı maşından 47.450 ABŞ dolları və 3000 manat, həmin ilin sentyabrın 6-da C.Cabbarlı küçəsi - 56 ünvanında yerləşən “Caspian plaza”nın qarşısında, M.Hadi küçəsi - 63, mənzil 103-də yaşayan Hüseynov Əliheydər İslam oğluna məxsus “Prado” markalı avtomaşının şüşəsini sındırmaqla 5000 manat, 4500 ABŞ dolları, 13.09.2008-ci il tarixdə G.Səfərəliyeva küçəsi - 26 saylı evin qarşısında Gülməmmədov Məhəmməd Bayandur oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomobildən 8140 ABŞ dolları, 22.10.2008-ci il tarixdə Babək prospekti - 22-də yerləşən “Qrand” mebel mağazasının qarşısında Rəsulzadə küçəsi - 35-də yaşayan 1965-ci il təvəllüdlü Nuriyev Cəbrayıl Əziz oğluna məxsus “Fiat-Albea” markalı avtomaşından 46.000 ABŞ dolları, 17.11.2008-ci il tarixdə saat 12:35 radələrində Z.Bünyadov prospektində yerləşən “Caspian-petrol” yanacaqdoldurma məntəqəsinin həyətində vətəndaş Kəlbiyev Mehrab Feruz oğluna məxsus “Prado” markalı avtomobildən 250.000 rus rublu və 30.000 ABŞ dolları, 05.12.2008-ci il tarixdə Sulutəpə qəsəbəsində Mirzəyev Ceyhun Əmiraslan oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomaşından 7000 manat məbləğində telefon danışıq kartları və 1500 manat məbləğində müxtəlif valyuta və nəhayət, 15.12.2008-ci il tarixdə Etibar Qocayev küçəsindəki 43 saylı evin qarşısında vətəndaş Səmədov Salehə məxsus “BMV-X5” markalı avtomobildən 40.000 manat və 15.000 ABŞ dolları oğurladığı sübuta yetirilib.
Məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.
Forumda müzakirə etİttihama görə, mütəşəkkil dəstə üzvlərinin ötən il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Cəfərov Rəşad Əbdülsəməd oğluna məxsus “Mercedes-180” markalı avtomobildən İ.Dadaşov küçəsində şüşələri sındırmaq yolu ilə şirkətə məxsus 74.000 manat oğurladıqları müəyyənləşib.
Bundan başqa, dəstənin 2008-ci ilin iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın qarşısında oranın xəzinədarı Sarıyev Mehman Haqverdi oğluna məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 ABŞ dolları, ötən ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Quliyev Səhman Dursun oğluna məxsus “Mercedes” markalı avtomobilin oturacağının altından 58.100 ABŞ dolları, ötən il may ayının 27-də saat 18:50 radələrində İnşaatçılar prospekti - 38-in qarşısında Məmmədli Çingiz Fəxrəddin oğluna məxsus “Tucson” markalı avtomaşından 39.000 manat, ötən ilin iyulun 14-də saat 12:00 radələrində Ə.Hüseynzadə küçəsi - 54-ün qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Behbudov Elçin Tofiq oğluna məxsus “Tofaş” markalı, 10 SK 111 dövlət nömrə nişanlı avtomobildən oturacağın altından 30.000 manat, ötən ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Həşimov Nəriman İmran oğluna məxsus “VAZ-2106” markalı maşından 47.450 ABŞ dolları və 3000 manat, həmin ilin sentyabrın 6-da C.Cabbarlı küçəsi - 56 ünvanında yerləşən “Caspian plaza”nın qarşısında, M.Hadi küçəsi - 63, mənzil 103-də yaşayan Hüseynov Əliheydər İslam oğluna məxsus “Prado” markalı avtomaşının şüşəsini sındırmaqla 5000 manat, 4500 ABŞ dolları, 13.09.2008-ci il tarixdə G.Səfərəliyeva küçəsi - 26 saylı evin qarşısında Gülməmmədov Məhəmməd Bayandur oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomobildən 8140 ABŞ dolları, 22.10.2008-ci il tarixdə Babək prospekti - 22-də yerləşən “Qrand” mebel mağazasının qarşısında Rəsulzadə küçəsi - 35-də yaşayan 1965-ci il təvəllüdlü Nuriyev Cəbrayıl Əziz oğluna məxsus “Fiat-Albea” markalı avtomaşından 46.000 ABŞ dolları, 17.11.2008-ci il tarixdə saat 12:35 radələrində Z.Bünyadov prospektində yerləşən “Caspian-petrol” yanacaqdoldurma məntəqəsinin həyətində vətəndaş Kəlbiyev Mehrab Feruz oğluna məxsus “Prado” markalı avtomobildən 250.000 rus rublu və 30.000 ABŞ dolları, 05.12.2008-ci il tarixdə Sulutəpə qəsəbəsində Mirzəyev Ceyhun Əmiraslan oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomaşından 7000 manat məbləğində telefon danışıq kartları və 1500 manat məbləğində müxtəlif valyuta və nəhayət, 15.12.2008-ci il tarixdə Etibar Qocayev küçəsindəki 43 saylı evin qarşısında vətəndaş Səmədov Salehə məxsus “BMV-X5” markalı avtomobildən 40.000 manat və 15.000 ABŞ dolları oğurladığı sübuta yetirilib.
Məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh