Ria.Az | Reporter İnformation Agency: 27/10/09 Hüquq müdafiəçisini qarət edən şəxslərin məhkəməsi başlayıb 27/10/09 Hüquq müdafiəçisini qarət edən şəxslərin məhkəməsi başlayıb ================================================================================ Baş Redaktor on - 1978-ci il təvəllüdlü Məmmədov Ruslan Xosrov oğlu, 1981-ci il təvəllüdlü Mehdiyev Səxavət İsa oğlu, 1974-cü il təvəllüdlü Hüseynov Elgiz Eldar oğlu, 1970-ci il təvəllüdlü Əliyev Zaur Ənvər oğlu və 1968-ci il təvəllüdlü Həsənov Fətəli İdris oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İttihama görə, mütəşəkkil dəstə üzvlərinin ötən il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Cəfərov Rəşad Əbdülsəməd oğluna məxsus “Mercedes-180” markalı avtomobildən İ.Dadaşov küçəsində şüşələri sındırmaq yolu ilə şirkətə məxsus 74.000 manat oğurladıqları müəyyənləşib. Bundan başqa, dəstənin 2008-ci ilin iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın qarşısında oranın xəzinədarı Sarıyev Mehman Haqverdi oğluna məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 ABŞ dolları, ötən ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Quliyev Səhman Dursun oğluna məxsus “Mercedes” markalı avtomobilin oturacağının altından 58.100 ABŞ dolları, ötən il may ayının 27-də saat 18:50 radələrində İnşaatçılar prospekti - 38-in qarşısında Məmmədli Çingiz Fəxrəddin oğluna məxsus “Tucson” markalı avtomaşından 39.000 manat, ötən ilin iyulun 14-də saat 12:00 radələrində Ə.Hüseynzadə küçəsi - 54-ün qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Behbudov Elçin Tofiq oğluna məxsus “Tofaş” markalı, 10 SK 111 dövlət nömrə nişanlı avtomobildən oturacağın altından 30.000 manat, ötən ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Həşimov Nəriman İmran oğluna məxsus “VAZ-2106” markalı maşından 47.450 ABŞ dolları və 3000 manat, həmin ilin sentyabrın 6-da C.Cabbarlı küçəsi - 56 ünvanında yerləşən “Caspian plaza”nın qarşısında, M.Hadi küçəsi - 63, mənzil 103-də yaşayan Hüseynov Əliheydər İslam oğluna məxsus “Prado” markalı avtomaşının şüşəsini sındırmaqla 5000 manat, 4500 ABŞ dolları, 13.09.2008-ci il tarixdə G.Səfərəliyeva küçəsi - 26 saylı evin qarşısında Gülməmmədov Məhəmməd Bayandur oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomobildən 8140 ABŞ dolları, 22.10.2008-ci il tarixdə Babək prospekti - 22-də yerləşən “Qrand” mebel mağazasının qarşısında Rəsulzadə küçəsi - 35-də yaşayan 1965-ci il təvəllüdlü Nuriyev Cəbrayıl Əziz oğluna məxsus “Fiat-Albea” markalı avtomaşından 46.000 ABŞ dolları, 17.11.2008-ci il tarixdə saat 12:35 radələrində Z.Bünyadov prospektində yerləşən “Caspian-petrol” yanacaqdoldurma məntəqəsinin həyətində vətəndaş Kəlbiyev Mehrab Feruz oğluna məxsus “Prado” markalı avtomobildən 250.000 rus rublu və 30.000 ABŞ dolları, 05.12.2008-ci il tarixdə Sulutəpə qəsəbəsində Mirzəyev Ceyhun Əmiraslan oğluna məxsus “Mitsubishi-Pajero” markalı avtomaşından 7000 manat məbləğində telefon danışıq kartları və 1500 manat məbləğində müxtəlif valyuta və nəhayət, 15.12.2008-ci il tarixdə Etibar Qocayev küçəsindəki 43 saylı evin qarşısında vətəndaş Səmədov Salehə məxsus “BMV-X5” markalı avtomobildən 40.000 manat və 15.000 ABŞ dolları oğurladığı sübuta yetirilib. Məhkəmə baxışı noyabrın 3-nə təyin edilib. Ria.Az