Ana səhifə | Gündəm | Məhkəmə | 27/10/09 Murad Dadaşov məhkəməyə hörmətsizlik edib

27/10/09 Murad Dadaşov məhkəməyə hörmətsizlik edib

Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmov, İlkin Səfərov, Ramin Əliyev, Kamran Əhmədov, mərhum yazıçı Əzizə Cəfərzadənin nəvəsi Mehparə Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.

RİA-nın məlumata görə, prosesdə əlavə şahid qismində Leyla Səfiyeva ifadə verdi. Elbrus Əliyev iddia edir ki, Səfiyevaya pul verib. Məhkəmədə Səfiyevanın evinin alınmasının Elbrus Əliyevin pul verməsindən sonraya təsadüf edib-etməməsi ilə bağlı müvafiq qurumlara sorğu ünvanlayıb. Həmin sorğuya cavab olaraq, Səfiyevanın adına Bakı şəhərində olan ev Elburs Əliyev pul verəndən sonra alınması müəyyən edilib. Məhkəmə Səfiyevadan Elbrus Əliyevdən aldığı pulların geri qaytarılmasını tələb etdi.
Daha sonra hakim Eynulla Vəliyev bidirdi ki, Murad Dadaşovun məhkəməyə dəvət edilməsi ilə bağlı “Lider” telekanalına müraciət edilsə də, məhkəmənin müraciətinə cavab verilməyib.

Hakimin sözlərinə görə, Murad Dadaşovun ev ünvanı məhkəməyə məlum olmadığı üçün sözügedən telekanala müraciət etmək məcburiyyətində qalıblar. Bundan başqa, Murad Dadaşovun qardaşı Fərid Dadaşov hansına tədbirdə iştirak etmək üçün Azərbaycanı tərk edib. Məhkəməyə daxil olan məktubda qeyd olunur ki, Fərid Dadaşov 4 aydan sonra ölkəyə qayıdacaq.

Daha sonra bir neçə vəkil məhkəmə istintaqının yekunlaşdırılmasını təklif etsə də, həmin təklifi hakimlər müzakirəyə çıxarmadılar. Hakim bildirdi ki, məhkəmə istintaqının yekunlaşdırılması növbəti məhkəmə iclasında müzakirə ediləcək.

Proses noyabrın 2-də davam etdiriləcək.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb