02/11/09 Yaşayış binasındakı partlayışla görə məsuliyyət daşıyanlar cəzalandırılıb
verilən məlumata görə, hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə təqsirləndirilən Elman Niftəliyev 2 il 6 ay, Rəşad Şıxməmmədov isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 13 dekabr 2008-ci il tarixində Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Partlayışa qaz sızması səbəb olub.
Hadisədən dərhal sonra sözügedən binada kirayəşin qalan şəxslər - E. Niftəliyev və R. Şıxməmmədov məsuliyyətə cəlb ediliblər. E. Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma), 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma), 187.3-cü (əmlakı ehtiyatsızlıqdan məhv etmə), Rəşad Şıxməmədova isə 314.2-ci (səhlankarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddələri ilə ittiham irəli sürülüb.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh