Ana səhifə | Gündəm | Məhkəmə | 19.11.10 ATƏT Adnan Hacızadənin həbsdən azad olunmasını alqışlayıb

19.11.10 ATƏT Adnan Hacızadənin həbsdən azad olunmasını alqışlayıb

image

ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç azərbaycanlı bloqqer Adnan Hacızadənin həbsdən azad olunmasını alqışlayıb. Dunya Miyatoviç Adnan Hacızadənin azadlığa

çıxmasına şad olduğunu deyib:  “Bizim ofis, o cümlədən bir çox beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları dəfələrlə Azərbaycan tərəfinə müraciət edərək onları azadlığa çıxmağa çağırıb. Bu məsələni mən dəfələrlə qaldırmışam”. O həmçinin Azərbaycan hökumətinin Eynulla Fətullayev və Emin Millini də azadlığa buraxmağa çağırıb. Xatırladaq ki, noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib və Adnan Hacızadə məhkəmə zalından azadlığa buraxılıb.

 



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb