İş adamının qətli ilə bağlı məhkəmə prosesi başlayıb
İclasda zərərçəkmişin vəkili İlhamə Həsənova vəsatət verərək qətldə təqsirli bilinən və barələrində axtarış elan olunmuş Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin tutulub istintaqa cəlb olunandan sonra işin məhkəmə baxışına çıxarılmasını vacib sayıb və bu səbəbdən də cinayət işinin məhkəmə baxışına verilməməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib və növbəti iclasın oktyabrın 21-də keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Rza Təhməzov ötən il oktyabrın 1-də Bərdədə evinin yaxınlığında qətlə yetirilib. Qətldə şübhəli bilinən Şəmkir şəhər sakinləri Akif Gülməmmədov və Ceyhun Əliyev hadisədən bir gün sonra həbs olunublar. Amma mərhumun qohumları qətlin əsl sifarişçilərinin azadlıqda olduğunu iddia edirlər. Mərhumun valideynlərinin dediyinə görə, Təhməzov tanınmış iş adamı və hazırda Stavropol vilayətində bizneslə məşğul olan Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin sifarişi ilə qətlə yetirilib.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh