İlhamə Quliyevanın oğlu həbs edilib
Ə. Mirsalamovun oğlu Mahir Mirsalamov və Rəşid Həsənovun oğlu Yalçın Həsənov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün həbs olunublar. Bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyat zamanı çoxlu sayda məşhur şəxslərin və polis işçilərinin övladları da saxlanılıblar. İlkin araşdırmalardan sonra onların bir çoxu sərbəst buraxılıb, bəzilərinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.
M. Mirsalamov və Y. Həsənov Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə təqsirləndirilirlər.
Bu hadisələrlə bağlı bəstəkar-müğənni Tunar Rəhmanoğlu və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan da istintaqa cəlb edilib. T. Rəhmanoğlu APA-ya MTN-ə çağırıldığını təsdiqləyib: “Mən həqiqətən də MTN-də ifadə vermişəm. Orada məni sorğu-sual etdilər. Amma sonradan təqsirim olmadığı üzə çıxdı”. O, R. Həsənovun oğlu Yalçın Həsənovla əlaqəsinin olub-olmaması ilə bağlı danışmaqdan imtina edib: “Bu barədə bir söz deyə bilmərəm. Mən bu işlərdən tam kənar şəxsəm. Saxlanılan Orxan adlı şəxs isə İlhamə Quliyevanın oğludur”. T. Rəhmanoğlu bir həftə öncə istintaqa ifadə verdiyini və bundan sonra MTN-ə çağırılmadığını bildirib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Orxan Əhmədağa oğlu Nadirov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır. Təsdiqlənməmiş məlumatlara görə, O. Nadirov İ. Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. İ. Quliyeva Orxanı övladlığa qəbul edib.
Azərbaycanın xalq artisti İlhamə Quliyeva məsələ ilə bağlı APA-nın suallarını cavabsız qoyub.
Qeyd edək ki, bu həbslərlə bağlı ilk məlumatı bu gün “Yeni Müsavat” qəzeti yayıb. /APA/
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh