Ağstafada insan alverçisi tutulub
DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon sakini Zəkiyyə Qasımovanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apardığı məlum olub.
Ağstafa rayon sakini Zəkiyyə Qasımova DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ria.Az saytına verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon sakini Zəkiyyə Qasımovanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apardığı məlum olub. Zəkiyyə Qasımova qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Faktla bağlı cinayət işi qaldırılıb. \RİA\© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh