Newsletter
Email:

Ria.Az haqqında

 

Ria.Az portalı “Reportyor İnformasiya Agentliyi – RİA” MMC-nin internet səhifəsidir. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, reportaj, araşdırma, təhlil və köşə janırlarında da oxuculara məqalələr təqdim edir.

Ria.Az portalı SEÇKİ, GÜNDƏM, SOSİAL, SİYASƏT, HADİSƏ, KRİMİNAL, YOL QƏZALARI, MƏHKƏMƏ, REPORTAJ, MEDİA, İQTİSADİYYAT, DÜNYA, MƏDƏNİYYƏT, AFİŞA, KİNO, ŞOU-BİZNES, İDMAN, YENİLİK, ELM və TƏHSİL, TEXNOLOGİYA, AVTO və digər kateqoriyalarda həyatın istənilən sahəsindən SİZƏ operativ və doğru xəbər çatdırmağa çalışacaq.

Bundan başqa SİZİ ƏHLİ-QƏLƏM rubrikasında tanınmış yazarlarımızın köşələri ilə tanış edəcəyik.

Həmçinin biz SİZƏ portalda oxuduğunuz xəbərlərə şərh vermək imkanı yaradırıq. Amma bunun üçün öncə sytda öz adınızla qeydiyyatdan keçməyiniz vacibdir.

“Reportyor İnformasiya Agentliyi – RİA” 02.05.2008-ci ildə Vergilər Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyatdan keçib. Qanunla qadağan edilməyən və xüsusi icazə tələb olunmayan istənilən fəaliyyət növü ilə məşğul olmaq səlahiyyətləri var. O cümlədən, xəbər istehsalı, radio və televiziyalarda ictimai-siyasi, mədəni və digər proqramlar hazırlamaq və yaymaq, production, veb dizayn və digər internet xidmətləri göstərmək əsas fəaliyyət istiqaməitləridir.

Məhz işimizi də bu fəaliyyət istiqamətləri əsasında və reklamdan gələcək gəlir hesabına qurmaq niyyətindəyik.

Başqa (bir neçəsi istisna olunmaqla) KİV-lərdən fərqli olaraq hər hansı bir siyasətçinin və ya məmurun qoltuğunun altına girmək niyyətində deyilik. Kimsəyə boyun əymək və qarşısında gözü kölgəli olmaq niyyətimiz də yoxdur. Müstəqil fəaliyyət göstərəcək, həm iqtidarda, həm də müxalifətdə olan siyasi qüvvələrə və ictimai birlik və təşkilatlara münasibətimiz bərabər olacaq. Düzü düz, əyrini əyri.

Çünki məqsədimiz SİZƏ, cəmiyyətə doğru xəbər vermək, əzilən, hüquqları tapdanan insanlara mənəvi dayaq olmaq, onların səsini ölkə və dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə xidmət etməkdir. Bacardığımız qədər VƏTƏNİMİZƏ və VƏTƏNDAŞLARIMIZA qarşı olanlara qarşı çıxmağa çalışacağıq. Təbii ki, bu işdə SİZ oxucularımızın yardımına ehtiyacımız var. SİZ bizi oxuduqca biz güclənəcək və qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail olacağıq. Biz SİZƏ güvənib bu işə girişdik, SİZ də bizə GÜVƏNİN. 

De-mar.net studiyasında hazırlanıb