Ruslar millimizi darmadağın etdi
Bu gün İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Qarşılaşma 8:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.
Yığmamız bu oyunda meydana aşağıdakı heyətlə çıxıb:
Səlahət Ağayev, Qara Qarayev, Tərlan Quliyev, Emin Cəfərquliyev, Mixail Zaytsev, Cavid İmamverdiyev, Eşqin Quliyev, Tural İsgəndərov, Mirhüseyn Seyidov (k), Orxan Həsənov, Ruslan Qurbanov.
Ehtiyat oyunçular: Osman Umarov, Rüstəm Abbasov, Emin Mehdiyev, Eldar Məmmədov, Zahid Quliyev, Kamil Nurəhmədov, Şəhriyar Xəlilov, Emin Mustafayev, Fərrux Rəhimov.
Xatırladaq ki, yığmamız Marbelyada martın 24-də keçirdiyi ilk oyunda Qvineya U-21 yığmasını 1:0, martın 26-da isə UD Marbelya komandasını isə 4:0 hesabı ilə məğlub etmişdi.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh