Ana səhifə | İqtisadiyyat | 07/06/09 Azərbaycan hökuməti 41 min dollara bir eşşək alıb

07/06/09 Azərbaycan hökuməti 41 min dollara bir eşşək alıb

image

Ötən il Azərbaycan dövlət büdcəsindən xaricdən 34 baş eşşək və qatırın alınması üçün 179 min 700 dollar vəsait xərclənib. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin

hesabatında açıqlama verilib. 

Məlumata görə, Almaniyadan Azərbaycana idxal edilən 2 baş safqanlı eşşəyə görə 82 min dollar vəsait sərf olunub. Türkiyədən alınan 1 baş qatıra 11 min 500, əlavə olaraq daha 14 baş qatıra isə 18 min 200 dollar xərclənib. Eyni zamanda Azərbaycana ötən il Belçika, Lüksemburq, ABŞ, Gürcüstandan da qatır və eşşək alıb. Ümuimlikdə isə bu işlər üçün dövlət büdcəsindən 179 min 700 ABŞ dolları civarında pul silinib.

2006-cı ildə isə eyni məqsdlər üçün cərclənən rəqəm 156 min 900 dollar təşkil edib.

Eşşək və qatırların Azərbaycana nə üçün gətirildiyi barədə açıqlama vermlməsə də, RİA-nın məlumatına görə, onların bir qismini Kənd Təsərrüfatı Nazirliyinin heksabına yazılıb.
Forumda müzakirə et

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb