16/06/10 Azərbaycan dövlət büdcəsinin gəlirlərini artırır
komitəsinin üzvü Nazim Məmmədov məlumat verib.
N.Məmmədovun sözlərinə görə, bununla da dövlət büdcəsinin builki gəlirləri 11 505 mln. manata, xərcləri isə 12 275,3 mln. manata çatdırılacaq. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transferlər hesabına formalaşacaq. Xərclərin əsas hissəsi – 300 mln. manatı Kür və Araz çaylarında yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinin maliyyələşdirilməsi və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısının alınmasına, 99,3 mln. manatı sosial sahəyə, 14,5 mln. manatı elm, bədən tərbiyyəsi, qalan hissəsi isə digər sahələrdə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
«Bununla da büdcə kəsiri 478,7 mln. manat azaldılacaq. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsinin ilkin kəsiri 1 249 mln. manat nəzərdə tutulmuşdu», - deyə N.Məmmədov vurğulayıb.
Millət vəkili əlavə və dəyişikliklər layihəsində neftin baza qiymətinin 60 ABŞ dolları götürüldüyünü qeyd edib: «Cari ilin dövlət büdcəsi tərtib olunarkən neftin baza qiyməti 45 dollar götürülmüşdü. Hökumət bu dəfə də ehtiyatlı davranıb. Hesab edirik ki, neftin baza qiyməti 70 dollar götürülsə daha yaxşı olardı».
Qeyd edək ki, «Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsi haqqında» qanuna əsasən, dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub.
Xatırladaq ki, 2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə Milli Məclisin iyunun 18-də keçiriləcək növbədənkənar iclasında baxılacaq.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh