24/11/08/ Azərbaycan un idxalını artırıb
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xaricdən ümumi dəyəri 302 730,6 min ABŞ dolları olan 1 008 529 ton buğda, 44 223,8 min dollar dəyərində 93 203,3 ton un idxal olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal olunmuş buğdanın netto çəkisi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az, unun çəkisi isə 62,5 dəfə çox olub. İdxal olunmuş buğdanın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3%, unun dəyəri isə 90,5 dəfə artıb.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycana 1 420 726,6 ton buğda və 2 224,3 ton un, 2006-cı ildə isə 1 023 880,5 ton buğda və 3 605,3 ton un idxal edilib.\
Qeyd edək ki, 2007-ci ildə Azərbaycana 1 420 726,6 ton buğda və 2 224,3 ton un, 2006-cı ildə isə 1 023 880,5 ton buğda və 3 605,3 ton un idxal edilib.\
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh