10/09/09 Ermənistanın Nabuko-ya qoşulması Kremlin siyasi avantürasıdır
bu barədə gürcü eksperti İrakli Sesişvili bildirib. Təhlükəsizlik sahəsində ekspert Ermənistanın Nabuko layihəsində Gürcütanı əvəz edə bilməsi barədə Rusiya, Ermənistan və Turkiyə mətbuatında yayılan məlumatları şərh edib. Kremlin yeni siyasi avantüraya başladığını deyən ekspert qeyd edib ki, “əvvəlcə Kokoyta Gürcüstana qarşı ərazi iddiası ilə çıxış etdi. Belə bir təlimatı Baqapş da alıb, lakin o tələbini necə qurmağı hələlik müəyyən etməyib. Bütün bunlara isə Ermənistanın iddiası əlavə olunub - əvvəlcə erməni dilinə regional dil statusu verilməsi təşəbbüsü ilə çıxış etdi, daha sonra da Kreml üçün daha təhlükəli olan Nabuko nəqliyyat-tranzit iddiasını qaldırdı. Sonuncu isə daha çox siyasit avantüradır”.
“Aydındır ki, Ermənistanın beynəlxalq proyektlərə qoşulmaq arzusu var, Rusiyanın isə bir tərəfdən bu layihələrin düşmən ərazisindən keçməməsi, bir tərəfdən isə layihənin bu və digər dərəcədə Rusiyanın nəzarətində olan ölkənin ərazisindən keçməsi marağı var”.
“Ermənistanın regional beynəlxalq layihələrdən kənarda qalmasını mən düzgün siyasət hesab etmirəm, lakin, bu reaallıq Qarabağ münaqişəsi və Rusiyanın bu problemi həll etməyə çalışmağa cəhd etməsi ilə əlaqədar yaranıb. Bu münaqişənin varlığı Rusiyanın öz maraqları ilə bağlıdır. Bu isə faktiki olaraq DQ münaqişəsinin həllini mümkünsüz edir”.
“Beləliklə də Ermənistanın Nabuko-ya qoşulması və Gürcüstanın bu layihədən sıxışdırılıb çıxarılması məsələsində Kremlin barmağı var. Məqsəd layihənin reallaşması üçün əngəl yaratmaqdır”.
Forumda müzakirə et
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh