Ria.Az | Reporter İnformation Agency: 21/10/09 PARABANK “Mobil Bank” xidmətini təklif edir 21/10/09 PARABANK “Mobil Bank” xidmətini təklif edir ================================================================================ Baş Redaktor on (bir kart hesabından digər kart hesabına valyutasından fərqli olmayaraq məbləğin nağdsız şəkildə köçürülməsi), Azercell ödəməsi, elektrik ödəməsi, şəhərdaxili və şəhərlərarası telefon danışıqlarının ödəməsi, SW Travel və internet ödəmə əməliyyatları edə bilərlər. “Mobil Bank” sisteminə qoşulmaq üçün ilk öncə müştəri “Azercell Telekom” müştəri xidmətləri şöbəsinə yaxınlaşaraq yeni Sim-kartı və ya köhnə Sim-kartı olduğu halda onun dublikatını çıxartmalıdır. “Azercell Telekom”un əməkdaşına müraciət edərək “Mobil Bank” sisteminə qoşulmaq istədiyini bildirməlidir. Telefonun menyusunda “Azercell” bəndində “MobilBank” bəndi əlavə ediləcəkdir. Bundan sonra müştəri sistemə qoşulmaq üçün “Parabank”-ın xidmət qurumlarına müraciət etməlidir. Müştərinin kart hesabında edilmiş hər əməliyyat barədə məlumat onun mobil telefonuna SMS şəklində göndərilir. Qeyd edək ki, hər SMS-ə görə müştərinin balansından 0,1 manat (22 kontur) silinir. Bankın xidmət şəbəkəsinin ardıcıl olaraq genişlənməsi, məhsul çeşidlərinin artırılması, o cümlədən günün tələblərinə cavab verən xidmətlərin yaradılması PARABANK üçün üçün əhəmiyyətli rol oynayır.