Ana səhifə | İqtisadiyyat | Biznes | Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə icazə verilmir

Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə icazə verilmir

image

Son iki ildə Bakı şəhərinin mərkəzində hündür mərtəbəli binaların tikintisinə icazə verilmir. Hazırda paytaxtın mərkəzində aparılan hündür mərtəbəli binaların tikintisi isə ötən illərdə verilmiş icazələr əsasında yerinə yetirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. O qeyd edib ki, həmin tikililərin inşası artıq başa çatmaq üzrədir. “Hesab edirik ki, gələcəkdə şəhərin mərkəzi nisbətən yüngülləşdirilməlidir”, - deyə rəis müavini qeyd edib.

Əsədovun sözlərinə görə, hazırda tikinti şirkətlərinin fəaliyyətində aşkar edilən ən böyük qüsurlar layihə sənədlərinə əməl olunmaması, artıq mərtəbələrin tikilməsi, ayrılmış ərazilərin qırmızı xətlərinin pozulması və s. bağlıdır.

Rəis müavini deyib ki, Bakıda şəhərsalma nöqteyi-nəzərindən bəzi problemlər mövcuddur və onların qarşısı alınmalıdır. E.Əsədovun sözlərinə görə, hazırda Dünya Bankının maliyyə dəstəyi ilə Bakı şəhərinin yeni Baş Planının hazırlanması üçün hazırlıq işləri aparılır. Yeni Baş Planda bu məsələlərin də öz əksini tapacağı gözlənilir.

Forumda müzakirə et

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb