Ria.Az | Reporter İnformation Agency: Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə icazə verilmir Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə icazə verilmir ================================================================================ Baş Redaktor on Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. O qeyd edib ki, həmin tikililərin inşası artıq başa çatmaq üzrədir. “Hesab edirik ki, gələcəkdə şəhərin mərkəzi nisbətən yüngülləşdirilməlidir”, - deyə rəis müavini qeyd edib. Əsədovun sözlərinə görə, hazırda tikinti şirkətlərinin fəaliyyətində aşkar edilən ən böyük qüsurlar layihə sənədlərinə əməl olunmaması, artıq mərtəbələrin tikilməsi, ayrılmış ərazilərin qırmızı xətlərinin pozulması və s. bağlıdır. Rəis müavini deyib ki, Bakıda şəhərsalma nöqteyi-nəzərindən bəzi problemlər mövcuddur və onların qarşısı alınmalıdır. E.Əsədovun sözlərinə görə, hazırda Dünya Bankının maliyyə dəstəyi ilə Bakı şəhərinin yeni Baş Planının hazırlanması üçün hazırlıq işləri aparılır. Yeni Baş Planda bu məsələlərin də öz əksini tapacağı gözlənilir.