Ana səhifə | İqtisadiyyat | Biznes | Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

456 662,3 min dollar dəyərində mənfi saldo yaranıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 37 699 349,2 min dollar, MDB ölkələrinə isə 1 271 487,6 min dollar dəyərində əmtəə ixrac olunub. Azərbaycandan uzaq xaricə və MDB ölkələrinə ixrac olunan malların əsas hissəsini mineral yanacaq, neft və neft məhsulları, bitumlu minerallar, alüminium və ondan hazırlanmış məmulatlar və s. təşkil edib.
Yanvar-sentyabr aylarında Azərbaycana uzaq xaricdən 3 502 520,1 min dollar, MDB ölkələrindən isə 1 728 149,9 min dollar dəyərində mal idxal olunub. İdxalın əsasını avadanlıqlar və mexaniki qurğular, quru nəqliyyatı vasitələri, elektrik avadanlıqları, dənli bitkilər və s. mallar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal olunub, müsbət saldo isə 33 740 166,8 min dollara bərabər olub. İxrac əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9 dəfə artıb, idxal isə 33,79% azalıb. Xarici ticarət dövriyyəsindəki müsbət saldo isə təxminən 83 dəfə artıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor - 63,59%, fiziki şəxslər - 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb