Ana səhifə | İqtisadiyyat | Biznes | 12/12/08 Gürcüstanda qaz satışının 85%-ni ARDNŞ həyata keçirəcək

12/12/08 Gürcüstanda qaz satışının 85%-ni ARDNŞ həyata keçirəcək

image

“Gürcüstanın qazla təchizatına dair imzalanmış Memoranduma əsasən 2010-cu ilin sonunda Gürcüstanda qaz satışının 85%-ni ARDNŞ həyata keçirəcək. RİA-nın məlumatına görə,

bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. O qeyd edib ki, hazırda həmin Memorandum əsasında kontrakt hazırlanır. Bununla, biz 5 il ərzində Gürcüstanın qazla təchizatını həll edəcəyik”. Gürcüstan prezidentinin sərəncamı ilə bu ölkənin 29 qaz satışı şəbəkəsinin ARDNŞ-ə verildiyini qeyd edən R. Abdullayev 2010-cu ilin sonuna Gürcüstanda qaz satışının 85%-ni həyata keçirməyi planlaşdırdıqlarını vurğulayıb: “Razılaşmaya əsasən, 2009-cu ildə Azərbaycan Gürcüstana 452 mln. kub/metr qaz ixrac edəcək. Əlavə qaz ixracına ehtiyac yaranacağı təqdirdə, bu, həcmdən asılı olacaq. Ehtiyatlarımız imkan verəcəyi halda, Gürcüstana əlavə qaz ixrac olunacaq. Əlavə qaz Gürcüstana kommersiya şərtləri ilə satılacaq”.

Azərbaycanın hazırda “Şahdəniz” yatağından Türkiyə və Gürcüstana qaz ixrac etdiyini deyən ARDNŞ prezidenti Türkiyənin bu qazın bir hissəsini Yunanıstana satdığını bildirib. R. Abdullayev Azərbaycanın iri Avropa ölkələrinə də qaz satmaq niyyətində olduğunu, tranzit ölkələrlə birgə bununla bağlı işlər görüldüyünü vurğulayıb: “Avropa və digər bazarlara qaz satmaq istiqamətində işlər görülür. Çalışırıq ki, qazı baha qiymətə sataq. Lakin müxtəlif bazarlara satılacaq qazın qiyməti də müxtəlif olacağından konkret rəqəm söyləmək mümkün deyil”.

Forumda müzakirə et

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb