ABŞ-ın Suriyadakı səfirliyi bağlanıb
Oktyabrın 30-dan etibarən ABŞ Dəməşqdəki səfirliyinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. RİA-nın məlumatına görə, qərar keçirilən kütləvi etiraz aksiyası ilə bağlıdır.
Yüzlərlə suriyalı polis əməkdaşları ABŞ səfirliyinin binasının mitinq iştirakçılarından qorumaq üçün əhatəyə alıb.
Aksiya ABŞ-ın Suriyaya planlaşdırdığı reydin və ABŞ hərbiçilərinin Əl-Sukariyyə kəndində törətdiyi vəhşiliyin əleyhinə çıxış edən əhali tərəfindən təşkil olunub.
Aksiya ABŞ-ın Suriyaya planlaşdırdığı reydin və ABŞ hərbiçilərinin Əl-Sukariyyə kəndində törətdiyi vəhşiliyin əleyhinə çıxış edən əhali tərəfindən təşkil olunub.
ABŞ-ın diplomatik missiyasının nümayəndələri isə törədilən hadisənin və planlaşdırılan reydin "təhlükəsizliyə qarşı artan təhlükə" ilə bağlı olduğunu izah ediblər.
Suriya hakimiyyəti isə iddia edir ki, oktyabrın 26-da Suriyanın İraqla həmsərhəd ərazidə yerləşən Əl-Sukariyyə kəndində 8 nəfər dinc əhalinin, eyni zamanda qadın və uşaqların həlakı ilə nəticələnən ABŞ hərbiçiləri tərəfindən xüsusi əməliyyat keçirilib.

Hadisə ilə bağlı olaraq Suriya höküməti ABŞ-a qarşı münasibətini ciddiləşdirərək, hərbiçilərin yenidən Suriya ərazisinə soxulacağı halda hər hansı əməkdaşlıqdan imtina edəcəyi ilə hədələyib.
İlkin məlumata görə, səfirlik oktyabrın 31-də yenidən fəaliyyətə başlamalıdır. Lakin bu bəyənatlardan sonra diplomatik nümayəndəliyin yenidən işə başlaması məsələsinin sual altında olduğu bildirilir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh