Ana səhifə | İqtisadiyyat | Maliyyə | 16/09/09 Azərbaycan əhalisinin pul gəlirləri artıb

16/09/09 Azərbaycan əhalisinin pul gəlirləri artıb

12,6% çoxdur. RİA-nın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

DSK-nın məlumatına görə, hesabat dövründə adambaşına düşən nominal gəlir 11,2% - 1,655 min manatadək artıb.

 

Əhalinin gəlirlərinin ümumi həcmindən 66,9% mal alışına və müxtəlif xidmətlərin ödənilməsinə, 10,1% vergi ödənişinə, 23% banklarda əmanətlərin həcminin artırılmasına və valyuta alışına yönəlib.

 

Bütün vergi və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 13 mlrd. 114 mln. manat məbləğində gəlir qalıb ki, bu da 2008-ci ilin yanvar-iyul aylarının göstəricisindən 12,8% çoxdur.

 

2009-cu ilin avqustunda Azərbaycanda inflyasiya 0,1%, illik hesablamada 2,6 % təşkil edib.

 

2009-cu ildə Azərbaycan hökuməti əhalinin pul gəlirlərinin 22 mlrd. 773,3 mln. manat, xərclərin 18 mlrd. 145 mln. manat səviyyəsində olacağını proqnozlaşdırır.

 

Ria.Az



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb