Ana səhifə | Köşə | BəyKOT

BəyKOT

Çünki bu yadelli ifadələr dilimizi korlamaqla yanaşı, mentalitetimizi də zay eləyir. Özləri ilə birlikdə yeni-yeni adət-ənənələr, hərəkətlər və millətimizə xas olma­yan bir sürü şeylər gətirir.

Lap elə götürək "boykot" sözünü. Məgər bizim dilimizdə belə bir söz olub?! Olmayıb. Dədəmiz Qorqud belə bir söz fikirləşib!? Fikirləşməyib. Görürsünüz, deməli, bu "boykot" sözü və nəyi isə boykot eləməyin özü də bizim millətə xas bir adət deyil. Yüz faiz bunu hansısa yadelli soxuşdurub bizə. Amma bu köpəkuşağı bu­nu leksikonumuza yeridəndə istifadə qaydasını öyrətməyiblər. Ona görə də yeri gəldi-gəlmədi yadellilərin xoşuna gəlmək üçün hər seçkidən-seçkiyə bu sözü gün­dəmə gətirib, hakimiyyətə hədə-qorxu gəlirik.

Öz aramızdı, hakimiyyətə də hələm-hələm sözlər təsir eləyən deyil a! 2003-cü ilin prezident seçkilərindən sonra müxalifət o qədər "istefa" deyə qışqırdı ki, haki­miyyət "istefa"nı Mustafa ilə qarışıq saldı. Dostumuz, qələm əhli və siyasətçi Mustafa Hacıbəylinin nə qədər salam verdiyi müsavatçı və qeyri-müsavatçı vardısa, hamısını damladılar. İçəridə də sakit oturmayıb o qədər "azadlıq" deyə qışqırdılar ki, Vergilər Nazirliyinin yadına "Azadlıq" qəzetinin binası düşdü. Dəftər-kitabı qaldırb baxdılar ki, zalım uşağı neçə ildi hökumətin borcunu vermirlər. "Azadlıq"a azadlıq verib binadan çıxartdılar. Binanı da yerlə-yeksan elədilər ki, bir də mü­xalifət oraya iddia eləyə bilməsin. Azadlığı da ki aparıb qaldırdılar nəşriyyatın neçəncji qatına. Maşallah orada da ki qəzet çox, qəzetə gələn hər cür sifət çox. "Azadlıq" qəzetinin baş yazarını da sifətlərdən birini "sığallamaq"da suçlayıb nəşriyyatın neçəncji qatından endirib saldılar içəri.

İndi yenə də müxalifət sakit oturmur. Düşüblər hakimiyyətin üstünə ki, əgər Seçki Məjəlləsi bizim istədiyimiz kimi təkmilləşdirilməzsə, seçki komissiyaları pari­tet, yəni bərabər əsaslarla formalaşdırılmazsa, biz seçkini "boykot" edəcəyik. Öz aramızdı, deyəsən, müxalifət bu dəfə hakimiyyəti əməlli-başlı işə salıb. Haki­miyyətdəkilər ha fikirləşirlər bu "boykot" sözünü bir tərəfə çıxara bilmirlər. Axı bu sözün "iki sifət"i var. Zalımın balaları elə söz fikirləşiblər ki, bir cürə yazılır, baş­qa cürə oxunur. Hakimiyyət də çaş-baş qalıb ki, bunun yazılışından yapışsın, yoxsa deyilişindən.

Etibarlı mənbələrdən sızdırılmış, dəfələrlə dəqiqləşdirilmiş məlumatlara görə, uzun çək-çevirdən sonra hakimiyyət deyilişə üstünlük verib. Çünki onlar üçün bu sö­zün yazılışı o qədər də əhəmiyyət kəsb eləmir. Amma deyilişini iki yerə böləndə Bay Kot alınır. Tədqiqatçı alimlər də "bay" sözü ilə "bəy" sözünün qohumluq əla­qələrini tapıblar. Müxalifətin də hamısı Bəylərdi. Eşitdiyimə görə, hazırda hakimiyyət bütün kəşfiyyatçıları səfərbər edib ki, BəyKotu axtarıb tapsınlar. Seçkilərə qə­dər Kot tapıldı-tapıldı, tapılmadı, onu bilirəm ki, Cahandar Bayoğlunun üzərində dayanacaqlar.

Görəsən, Cahandar Bayoğlu indi haradadır?

Zülfüqar Xeyirxəbər

P.S. Cahandar Bayoğlunu görən olsa, desin ki, nə qədər Kot tapılmayıb seçkilərə qədər və seçkilərdən sonra ortalıqda görünməsin.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb