Müxalifət abidəsi
İş o yerə çatıb ki, indi nəinki, hakimiyyətdə olan məmurlar, lap elə söz və mətbuat azadlığının nəfəsinin kəsildiyini bar-bar bağıran müxalifətçilər də özlərini naza qoyurlar. Mütləqi-hakim olan siyasətçilərin naz-qəmzəsini başa düşmək olar. Aydın məsələdir ki, özünü müstəqil hesab edən jurnalistin iqtidarda olan siyasətçi və ya məmura hansı suallarla müraciət edəcəyi bəllidir. Və həmin siyasətçilər də başa düşürlər ki, bu sualların bir çoxuna cavab verməkdənsə, verməmək daha yaxşıdır. Yəni "az aşım, ağrımaz başım" prinsipi bu məsələdə cəmiyyətdə mövcud olan bir çox problemlərə görə az çox məsuliyyət daşıyan şəxslərin karına gəlir. Amma müxalifətçiləri heç cürə başa düşə bilmirəm ki, bilmirəm. Nə qədər fikirləşsəm də, özlərini demokratik düşüncə sahibi hesab edən müxalifətçi liderlərin mətbuatdan qaçmasının, mətbuata fərq qoymasının səbəblərini bir tərəfə sürüyüb çıxartmaqda çətinlik çəkirəm. Nəticədə, yarandığı gündən bu yana tərəqqi etməyən Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu kimi mən də yorulub əldən düşürəm. Ayın başında da bir qara qəpiyin yiyəsi olmuram.
Çingiz Dəmiroğlu dedim, hardansa yadıma siyasi qurumunun adı AÇIQ özü ilə başlayan bir partiya liderinin həmkarımızla dialoqu düşdü. Həmkarımız partiya sədrinə son fəaliyyətləri ilə bağlı sual ünvanlayır, açıq sözlü, demokratik düşüncə tərzli, azad fikir və mətbuatın tərəfdarı olan sədr suala cavab verməkdən imtina edir ki, "sualın varsa, sual ver".
İndi mən deməyim, siz deyin, bu cür partiyaları cəmiyyətə açıq hesab etmək olar, yoxsa bağlı? Mən nə qədər baş sındırsam da, bu cür siyasətçilərin ölkədə mətbuat və söz azadlığının, demokratiyanın boğulması barədə hər gün yorulmadan verdikləri bəyanatları ilə bu hərəkətlərini bir araya sığışdıra bilmirəm.
Hələ mən ölkədə seçkiqabağı hökm sürən siyasi durğunluq barədə düşündüklərimdən, prezidentliyə iddia edən şəxslərin partiyalarının dəhlizlərində hökm sürən ölü sükutdan danışmıram. Əminəm ki, bu barədə onlara sual ünvanlansa, onlar bunu da hakimiyyətin ayağına yazacaqlar. İlk növbədə də sərbəst toplaşmaq azadlığının olmamasından uzun-uzadı gileylənəcəklər. Gileyləniblər də. Amma mən bir şeyi yenə də başa düşə bilmirəm. Məgər siyasi fəaliyyət ancaq meydanda olur? Bu hakimiyyət onların qərargahlarında toplaşmasına, hansısa tədbirlərin, müzakirələrin, dəyirmi masaların keçirilməsinə də icazə vermir? Bunun üçün gərək prospektlərə, meydanlara çıxasan?
Mən bu hakimiyyətin yerində olsaydım, müxalifəti istədiyi meydana buraxardım. Onsuzda meydanı doldurmağa adam tapılmayacaq. Sonra da həmin meydana müxalifətin adını verərdim. Meydanın ortasında da onların xatirəsinə nəhəng bir abidə ucaldardım. Beləcə müxalifətin adını əbədiləşdirməklə beynəlxalq təşkilatların da qınağından canımı qurtarardım. Beynəlxalq təşkilatlar ağızlarını açıb müxalifət deyəndə aparardım onları həmin meydana. "Müxalifət abidəsi"nin önünə də bir dəstə çələng qoymaqla müxalifətə olan ehtiramımı nümayiş etdirərdim. Niyə də olmasın ki. Məgər bizim müxalifət Azərbaycan üçün Ukraynadan az iş görüb ki, Ukraynanın adına meydan var, amma müxalifətin yoxdu.
Zülfüqar XEYİRXƏBƏR
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh