Aygün Kazımova həyatından danışıb (VİDEO)
Xalq artisti Aygün Kazımovanın həyatından bəhs edən film çəkilib. "YouTube" portalında yerləşdirilən “İntervyu” adlanan filmdə Aygün Kazımova uşaqlığından, məktəb illərindən, müğənni olmaq istəyindən bəhs edir.
24 dəqiqəlik film İçəri Şəhərdə çəkilib. Film qış aylarında lentə alınıb.Aygün Kazımova filmdə öz həyatı haqqında çox məqamlara aydınlıq gətirib. Sənətçi "İntervyu"da uşaqlıqdan bəri keçirdiyi hisslərdən, daxili sarsıntılardan, bir sözlə özü barədə hər şeyi danışıb. "İntervyu" "SS production” tərəfindən çəkilib. Filmin rejissoru Aqil M. Quliyevdir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh