Aftandil İsrafilov Zeynəb Xanlarovanın ansamblını tərk edib
Bu barədə APA-ya açıqlama verən A. İsrafilov noyabrın 9-da ansambldan istefa verdiyini qeyd edib: “Noyabrın 5-i və 6-da Zeynəb Xanlarova ilə Heydər Əliyev Sarayında konsert verdik. Bundan bir neçə gün sonra isə ansambldan getməyə qərar verdim. İstefamın səbəblərindən biri vaxt azlığıdır”.
A. İsrafilov onu da deyib ki, bu addımı atmasının başqa səbəbləri də var: “Mən bu problemlərin nədən ibarət olduğunu açıqlamayacağm. Sadəcə onu bildirirəm ki, artıq o ansamblda çalışmıram. Problemlərin nədən ibarət olduğunu ansamblın üzvlərindən soruşsanız, deyərlər. Ansambldan ayrılmağımın əsl səbəbini heç həyat yoldaşım da bilmir. Sadəcə, mənim düzgünlük olmayan yerdə işləməyim mümkün deyil”.
Qarmon ustasının sözlərinə görə, hazırda ansamblda onun yerinə kimin çalışdığı ilə maraqlanmayıb: “Mənim yerimə kimin gəlməsi ilə maraqlanmıram. Əsas odur ki, mən getmişəm. Qalan məsələlər məni maraqlandırmır”.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh