Ana səhifə | Mədəniyyət | Afişa | Araşdırmaçı Elçin Muxtar Elxanın üç kitabı çap olunub

Araşdırmaçı Elçin Muxtar Elxanın üç kitabı çap olunub

"Padşahın kiçik oğlu", "Şəbeh epik teatrımız" və "Təxti-nərd dəstgahı" adlanana kitablarda oxucuların marağına səbə olan mövzular əsaslə şəkilədə araşdırılıb.

"Padşahın kiçik oğlu" araşdırmasında müəllif hələ uşaqlıqdan hamımıza yaxşı tanış olan "Məlikməmməd" xalq nağılı müxtəlif aspektlərdən şərh olunur və "Məlikməmmədnamə" adlı epik bir dastanını arzu olunana bərpasına dair mülahizələr söylənilir. Kitabda diqqətçəkən məqamlardan biri də "Məlikməmməd" nağılının dünyaya yayılmış 51 oxşarınınmətnləri müqayisəli şəkildə tutuşdurulub və bir ortaq mətnin yaradılmasına cəhd göstərilib.

"Şəbeh epik teatrımız" əsərində orta əsrlərdən bəri Yaxın Şərq əhalisi ilə yanaşı azərbaycanlılara da böyük təsir göstərən "şəbeh" teatrına dair ilk dəfə olaraq maraqlı və kifayət qədər obyektiv məlumatlar əksini tapıb. Kitabda qədim teatrın mənşəyi, özünəxas recissorluğu və.s barəsində gərəkli məlumatlar yer alıb. Araşdırmada həmçinin çağdaş teatrımızın faydalana biləcəyi maraqlı məqamlara toxunulub, gərəkli mülahizələr söylənilib.

"Təxti-nərd dəstgahı"nda Elçin Muxtar Elxan xalqımızın uzun əsrlər sevib bugünə gətirib çıxardığı qədim nərd- şeşbeş oyunu haqqında müasir nərd həvəskarlarının marağına səbəb ola biləcək məlumatlar təqdim edib. Kitabda nərdin keçdiyi tarix boyu dəyişmələrə məruz qalaraq, bütün dünyaya yayılaraq 21 növə bölünməsindən və fərqli qaydalar əxz etməsindən söz açılıb.
Hər üç kitab oxunaqlı dildə yazılaraq geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Sevinc MÜRVƏTQIZI \Ria.Az\



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb