22/08/09 Əsgərin Ölümü
Payızda budaqdan qopan yarpaq tək,
əsgər yerə düşür.
O, öz tərk edişini gözə soxub,
Təmtəraqlı dəfn mərasimi tələb edən
Üç günlük personaja çevrilmir.
Ölüm mütləqdir və
Payızda küləyin kəsilməsi tək,
Özündən sonra heç bir iz qoymur.
Külək kəsildikdə, onun əsməsinə rəğmən,
buludlar göy üzündə öz istiqamətlərində
hərəkətlərini davam etdirir.
Uallas Stevens
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh