Aygün Kazımovanın qızının şok videosu yayımlanıb (video)
Azərbaycanın xalq artisti, tanınmış müğənni Aygün Kazımova qızı, bu günlərdə “Euroviziyon” yarışmasının Milli Seçim Turunda iştirak edən və 5-liyədək
irəliyən İlqarə İbrahimovanın internetdə yayılan video-görüntüləri ilə bağlı məhkəməyə müraciət edib. Məlumata görə, xalq artisti əvvəlcə baş verən olayla bağlı Daxili İşlər Naziliyində olub, nazir müavinlərindən biri ilə görüşərək məsələni müzakirə edib. O, qızına qarşı baş verən bu biabırçı hərəkət barədə ölçü götürülməsini tələb edib. A. Kazımova İlqarəyə qarşı bu addımın təxribat olduğunu iddia edib və həmin videonu yayanların dərhal tapılıb cəzalandırılmasını istəyib.
Məlumata görə, xanım müğənni bununla kifayətlənməyərək məhkəməyə də müraciət edib. Və ərizəsində bu işi təşkil edən şəxslərə qarşı 150 min manat məbləğində təzminat davası açıb. O, özünə dəyən mənəvi zərərin ödənməsi üçün əlindən gələni edəcəyini açıqlayıb.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (1 Göndərildi):
Sizin şərh