Ana səhifə | Media | Ermənilər Azərbaycan jurnalistlərini atəşə tutublar

Ermənilər Azərbaycan jurnalistlərini atəşə tutublar

image

Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində çəkiliş aparan Azərbaycan jurnalistlərini atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, atəşə tutulanlar

“Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu və operatoru Elvin İsfəndiyarov olub.

Jurnalsitlərin bölgə müxbirinə verdikləri məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Azərbaycanın Ağdam rayonunun ərazisində baş verib. Belə ki, Çıraqlı kəndində çəkiliş aparan jurnalist və operator işğalı altında olan Gülçülük sovxozu istiqamətindən atəşə tutulublar. Onların sözlərinə görə, bir necə dəqiqə avtomat silahdan açılan atəş zamanı yerə uzanaraq güllə yağışından xilas ola biliblər.

Qeyd edək ki, atışma nəticəsində xəsarət alan olmayıb.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb