25/11/08 ABŞ-ın Helsinki Komissiyası İlham Əliyevə məktub göndərib
"Azadlıq" radiosunun məlumatına görə, məktubda, Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmlinin 2002-ci ildə qəbul edilmiş "Teleradio yayımı haqqında" qanundakı məhdudiyyətlərə əsaslanaraq "Azadlıq" və "Amerikanın səsi" radioların yerli tezliyinin gələn ildən geri alınması ilə bağlı dedikləri narahatlıq doğurduğu bildirilib.
"İnanırıq ki, siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan – Amerika əlaqələrini gücləndirmək məqsədilə yeni prezident Barak Obama ilə yaxşı əməkdaşlıq qurmağa hazırlaşarkən, "Azadlıq" və "Amerikanın səsi" radiolarının bağlanması səhv sıqnal olardı. Ümid edirik ki, siz uzun illərdir fəaliyyət göstərən bu radiolarının yerli tezlikdə yayımının davam etdirilməsinin bir yolunu tapacaqsınız", - deyə məktubda vurğulanır.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh