Ana səhifə | Media | 09/02/09 Əli Həziquliyevin apellyasiya şikayəti təmin olunmayıb

09/02/09 Əli Həziquliyevin apellyasiya şikayəti təmin olunmayıb

xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə yalnız cavabdeh Fikrət Fərəməzoğlu iştirak edib.

F.Fərəməzoğlu bildirib ki, vaxtilə onun baş redaktoru olduğu "24 saat" qəzetində 4 fevral 2008- ci il tarixdə yazılmış "Şərəfsizlərə şərəf dərsi" başlıqlı məqalə "Elçi" qəzetinin baş redaktoruna verilən cavab idi: "Əli Həziquliyev mənim və ailəm barədə həqiqətə uyğun olmayan yazılar yazmışdı. Mən də buna cavab olaraq "Şərəfsizlərə şərəf dərsi" məqaləsini yazmışdım. Bu yazıda təhqiredici ifadələr olmadığını nəzərə alaraq Yasamal rayon Məhkəməsi Əli Həziquliyevin iddiasını təmin etmədi".

İddiaçının səbəb göstərmədən artıq ikinci dəfə prosesə gəlmədiyini, habelə iddiasının əsassız olduğunu qeyd edən hakim Əli Həziquliyevin vermiş olduğu apellyasiya şikayətini təmin etməyib.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb