Ana səhifə | Media | Qənimət Zahidin şikayəti rədd edilib

Qənimət Zahidin şikayəti rədd edilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrliyi ilə "Azadlıq" qəzetinin baş direktoru Qənimət Zahidovun və Vüsal Həsənovun şikayətinə baxılması başa çatıb.

Ria.Az saytının "Turan" İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Zahidovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, martın 7-də Yasamal rayon məhkəməsi müxalif "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi xuliqanlıqda və bədən xəsarəti yetirməkdə təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər müttəhim Vüsal Həsənov 1,5 il müddətinə həbs edilib.

* Qənimət Zahidov 11 noyabr 2007-ci ildə həbs edilib. Həbsə noyabrın 7-də "Azadlıq" qəzetinin redaksiyası qarşısında baş vermiş hadisə səbəb olub. Həmin vaxt gənc qadın Zahidə yaxınlaşaraq, "Sən kimsən ki, məni təhqir edirsən!" deyib. Eyni vaxtda gənc oğlan guya qızı müdafiə edərək, Zahidə hücum edib.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb