09/11/09 BAXCP sədri Dövlət Bağçalıya təbrik ünvanlayıb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqanı Dövlət Bahçəliyə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Hörmətli Dövlət bəy! Sizi yenidən Milliyyətçi Hərəkat Partiyasının genel başkanı seçilməyinizdən dolayı təbrik edirəm. Sizə və partiyanızın bütün üzvlərinə qardaş Türkiyə Cümhuriyyətinin rifahı və inkişafı naminə fəaliyyətinizdə uğur diləyirəm. Ümid edirəm ki, Milliyyətçi Hərəkat Partiyası bundan sonra da Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, milli maraqlarımızın, ortaq dəyərlərimizin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək, Anadoludan Güney Qafqaza, Mərkəzi Asiyaya doğru uzanan qardaşlıq bağlarının daha da möhkəmləndirilməsinə səy göstərəcəkdir".
Forumda müzakirə et© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh