Ana səhifə | Press-reliz | ADP İdarə Heyətinin toplantısı olub

ADP İdarə Heyətinin toplantısı olub

Müzakirələr zamanı ilk öncə ABŞ-da keçirilən son prezident seçkiləri diqqət mərkəzində olmuş və bu seçkilərdən sonra dünyada ciddi dəyişilmələrin baş verəcəyinə ümid ifadə olunub. İdarə Heyəti partiya sədri adından ABŞ-ın yeni prezidentinə təbrik məktubu göndərməyi də qərara alıb.

İdarə Heyətində ölkə başçısı İlham Əliyevin ikinci dəfə prezident səlahiyyətlərinə başladıqdan sonra Türkiyəyə ilk rəsmi səfəri müzakirə predmeti olub. Müzakirələrdə bu səfərin iki qardaş dövlət arasında gələcəkdə bütün sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyinə stimul olacağına inam qeyd edilib.

Toplantı iştirakçıları Milli Məclisdə müzakirəsi nəzərdə tutulmuş 2009-cu il dövlət büdcəsinin partiya rəhbərliyində geniş müzakirə olunması ilə bağlı da qərar qəbul edib.

İdarə Heyəti dünyada son vaxtlar neftin qiymətinin aşağı düşməsini və əvəzində Avropa Birliyi tərəfindən Azərbaycan qazına dünya bazarındakı qiymətdən heç də aşağı olmayan qiymət təklif edilməsini nəzərə alaraq və bu təklifin iqtidar tərəfindən düzgün dəyərləndirilməsi, qaz hasilatını artırmaqla neft hasilatını azaltmağı və Nabukko qaz layihəsinin müxtəlif variantlarını, o cümlədən tərəf müqabillərinin razılığı əsasında kəmərin İrandan keçirilməsi variantı əsasında danışıqlara başlaması təklifİ ilə çıxış edib.

İdarə Heyəti son vaxtlar Rusiyada totalitarizmin möhkəmləndirilməsi istiqamətində edilən cəhdlərin Azərbaycanda «kopiyalaşdırılması» ilə bağlı müxtəlif çıxışları - cəmiyyətin tam nəzarətə alınması, prezident səlahiyyətləri müddətinin artırılması və s. kimi təklifləri Azərbaycanın Avropaya inteqrasiya olunmasında ciddi əngəl yaradıcağından bu cür çıxışları yolverilməz hesab edib. Bununla yanaşı ADP İdarə Heyəti iqtidarı Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi və konstitusion islahatların aparılması istiqamətində addımlar atmağa çağırıb.

İdarə Heyəti həmçinin son vaxtlar dünya bazarında taxılın qiymətinin ucuzlaşmasına baxmayaraq, ölkədə çörək və çörək məhsullarının qiymətlərinin hələ də ucuzlaşdırılmamasını çörək mafiyasının xalqazidd əməli kimi dəyərləndirilmiş və iqtidarı çörəyin qiymətinin azaldılması ilə bağlı təcili tədbirlər görməyə dəvət edib.





© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb