Ana səhifə | Referendum | Seçki Məcəlləsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək

Seçki Məcəlləsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək

Ria.Az sayıtnın məlumatına görə, Milli Məclisin dövlət quruculuğu və qanunvericilik daimi komissiyasının sədri Əli Hüseynov əlavə və dəyişikliklər barədə deputatlara məlumat verdi. O qeyd etdi ki, qanun layihəsinə edilən dəyişikliklər Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in demokraitk təsisisatlar və insan haqları bürosu ilə uzun müddət müzakirə olunub. Onların tövsiyələri və təklifləri nəzərə alınmaqla qanunda bir sıra dəyişikliklər edilib. Eyni zamanda məcəllədə olan bir sıra boşluqlar aradan qaldırılıb.

Əli Hüseynovun sözlərinə görə, yeni Seçki Məclləsinə təklif olunan dəyişikliklərdən biri namizədlərin dövlət televiziyasında təbliğatının qadağan edilməsidir. Özəl televiziyalarda isə namizədlər reklam haqqında qanuna uyğun olaraq öz təbliğat və təşviqat kampaniyasını apara bilərlər. Namizədlər yalnız İctimai Televiziya və radio verilişləri şirkətinin efir məkanından pulsuz istifadə edə bilərlər.

Bundan başqa seçki kampaniyasının 120 gündən 60 günə endirilməsi, seçki fondunun maksimum 10 milyon manat təşkil etməsi, lazım olan imzanı toplaya bilmədikdə namizədin seçki fonldunun 3 faizi mislində depozit qoyması təklif edilir.

Eyni zamanda qanuna seçki prosesinə qanunsuz müdaxilə ilə bağlı ayrıca maddə əlavə edilib. Dəyişikliklərdən biri də ondan ibarətdir ki, seçkilərin nəticələri ilə bağlı ilkin məlumat Dairə Seçki Komissiyalarında bülletenlər sayıldıqdan dərhal sonra açıqlanmalıdır. Əvvəlki qanunda isə ilkin məlumatın açıqlanması üçün 24 saat vaxt verilirdi.

Müzakirələr zamanı millət vəkilləri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin müsbət məqamları ilə yanaşı bəzi məhdudlaşdırıcı maddələrin olduğunu da söylədilər. Müxalifətçi millət vəkilləri əsasən seçki komissiyalarının tərkibi ilə bağlı təkliflrinin nəzərə alınmamamasına, seçki kompaniyasının 120 gündən 60 günə endirilməsinə, depozitin məbləğinin həddən artıq yüksək olmasına və Dövlət Televiziya və Radio Verilişləri Şirkətində namizədlərin təbliğatının qadağan edilməsinə etiraz etdilər.

YAP-çı millət vəkilləri isə qanun layihəsinin seçkilərin demokratik keçirilməsinə imkan verməsini dilə gətirsələr də, müəyyən təkliflər də səsləndirdilər. Deputat Səyavuş Novruzov depozitin ləğv edilməsini və ya konkret rəqəmlə göstərilməsini təklif etdi. “Mən təklif edirəm ki, ya depozit ümumiyyətlə ləğv edilsin, ya da konkret olaraq prezidentliyə namizədlər üçün 50 min manat, deputatlığa namizədlər üçün isə 10 min manat civarında müəyyən edilsin.

Milli Məclisin spikeri Oqtay Əsədov iş gününün bitməsini əsas gətirərək müzakirələrin iyunun 2-də, bazar ertəsi davam etdirlməsini təklif etdi. O bildirdi ki, iyunun 3-də bir çox millət vəkillərinin xarici səfərləri olduğundan iyunun 2-ə bununla bağlı xüsusi iclas çağırılacaq.\RİA\

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb