Ana səhifə | Yenilik | 06/11/09 Azərbaycanlı alimlər brusellyoz xəstəliyini tam müalicə edən dərman kəşf ediblər

06/11/09 Azərbaycanlı alimlər brusellyoz xəstəliyini tam müalicə edən dərman kəşf ediblər

İsmayıl Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, azərbaycanlı alimlər brusellyoz xəstəliyinin müalicəsi sahəsində 2006-cı ildən tədqiqatlar aparıblar: “Bütün dünyada brusellyozun müalicəsi ilə bağlı aparılan çoxsaylı eksperimentlər uğursuzluqla nəticələnmişdi. İndi isə brusellyozun müalicəsi ilə bağlı olan narahatçılığa son qoyulub. Bu bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan maddədir”.

İ. Həsənovun sözlərinə görə, bioloji aktiv maddəyə 2008-ci ildə patent alınıb. Bundan sonra DBX-nin Elmi Şurasında həmin preparatın rayonlarda tətbiq olunması üçün təklif verilib. Bu təklifdən sonra Xaçmaz, Gəncə, Goranboy, Astara, İmişli rayonlarında və Maştağa , Ramana kəndlərində xəstəliyə tutulmuş iri və xırda buynuzlu heyvanlar müalicəyə cəlb edilib və 100 faiz nəticə əldə edilib. Bioloji aktiv maddə xəstə heyvana iki gün ərzində hər gün bir dəfə olmaqla tətbiq edildikdən beş gün sonra həmin heyvanda tam kliniki sağalma baş verir. Xidmət rəisi deyib ki, yeni maddənin tapılması əhali arasında da brusellyoz xəstəliyinin yayılmasının qarşısı alacaq: “Azərbaycanda 2001-ci ildə heyvanların 20 faizdən artığı, 8 minə qədər isə insan bu xəstəliyə yoluxurdu. Hazırda isə insanlar arasında xəstəlik 50 faizə qədər azalıb. İri və xırda buynuzlu heyvanlar arasında isə xəstəliyin faizi 0,4,-0,8 faizə enib”.

Yeni preparatın heyvanlara vurulması böyük məbləğ tələb etməyəcək. İ. Həsənovun sözlərinə görə, iri buynuzlu heyvanlara preparat 20 manata, xırda buynuzlulara isə 12 manata vurulacaq. Xidmət rəisinin sözlərinə görə, yeni preparat vasitəsilə ilə 2 ildə istənilən dövlətin heyvanlarını brusellyozdan tam azad etmək mümkündür. Yeni preparat Azərbaycanda tam tətbiq edildikdən sonra onun bütün dünyada istifadə edilməsi ilə bağlı da işlər görüləcək.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb