Yaşıl Velosipedçilər Klubu 8 Martda 8 qızla "İncəTUR" keçirib
Yaşıl Velosipedçilər Klubu Beynəlxalq Qadınlar Gününü özünəməxsus şəkildə qeyd edib və 8 martda Bakıda qızlardan ibarət velotur təşkil edib. Havanın soyuq və küləkli olmasına baxmayaraq
Hökumət Evinin qarşısından başlayan veloturda klubun 8 qız üzvü iştirak edib.Turun əsas məqsədi insanlar arasında qadınların velosiped sürməyini və ümumiyyətlə velosipedi ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etməkdən ibarət olub.
Qeyd edək ki, Yaşıl Velosipedçilər Klubu 2008-ci ilin sentyabr ayında bir qrup fəal gənc tərəfindən yaradılıb. Əsas fəaliyyəti ekoloji mövzuda mütəmadi olaraq yerli və beynəlxalq təlimlər, veloyürüşlər, gəzintilər və s. kimi kütləvi tədbirlər təşkil etməkdən ibarətdir.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh