29/08/09 Bölgələrdə şagirdlərin təhsil hüququ pozulur
mətbuat xidmətindən RİA-ya daxil olan məlumata görə, müvəkkilin təşəbbüsü ilə bir sıra orta məktəblərdə monitorinq aparılıb və bəzi məktəblərin qəza vəziyyətində olduğu aşkar edilib. Ombudsman nazirə müraciətində bildirib ki, Şəki, Zaqatala, Qəbələ, Quba, Dəvəçi, Xaçmaz və Siyəzən rayonlarında bir sıra məktəblərin əsaslı təmirə ehtiyacı var. Xüsusilə Şəki rayonunun Qırxbulaq əsas kənd, Quba rayonunun Mirzəqışlaq əsas və Yalavanc ibtidai, Xaçmaz rayonunun Müzəffəroba və Köhnə Xaçmaz kənd, Xızı rayonunun Baxışlı, Yeni Yaşma və Fındığan kənd orta məktəblərinin binaları qəza vəziyyətindədir və praktiki olaraq tədris prosesi üçün yararsızdır. Müraciətdə uşaqların təhsil hüquqlarının daha etibarlı təmin olunması məqsədilə adıçəkilən məktəblərin əsaslı təmir olunması və ya yenidən tikilməsinin gələcək planlarda nəzərdə tutulduğu halda bu işin sürətləndirilməsi xahiş edilib.

E. Süleymanova rayonlarda bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərdiyini, bunun isə uşaqların təlim-tərbiyəsinə çətinlik yaratdığını da vurğulayıb.
Ombudsman, həmçinin, Şəki rayonu Qırxbulaq əsas kənd məktəbinin binasının və kitabxanasının dam örtüyünün külək nəticəsində uçduğunu nəzərə alaraq, qəza vəziyyətində olan binanın damının örtülməsi və sonrakı mərhələdə binanın yenidən tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinə və Şəki şəhər İcra Hakimiyyətinə də müraciət edib.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh