Ana səhifə | Yenilik | Elm və təhsil | 17/04/09 Universitetdən qovulan tələbə mətbuat kofnransı keçirib

17/04/09 Universitetdən qovulan tələbə mətbuat kofnransı keçirib

image

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Dalğa” Gənclər Hərəkatın (GH) cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı Lənkəran Dövlət Universitetindən (LDU)

xaric edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə “Dalğa” Gənclər Təşkilatının sədri Vəfa Cəfərova, DG-nın bir neçə üzvü, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov və başqaları iştirak edirdi. 

İlk çıxış edən P.Əzimov bildirib ki, onu LDU-dən daxili nizam intizam qaydalarını pozduğu bəhanəsi ilə xaric ediblər. Ancaq əsas səbəbi “Cənub xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında “Qapalı otaqlarda açıq bazar” yazısının dərc edilməsidir. P.Əzimovun sözlərinə görə, bu yazıdan sonra təlim tərbiyə işləri üzrə prorektor Kamran Kazımov və digər məsul şəxslər tərəfindən ona və məqalə üçün müsahibə vermiş tələbələrə qarşı təzyiqlər olub: 

”Universitetin iqtisadiyyat və texnologiya fakültəsinin dekanı Əlixan Bədəlov universitetin tələbəsi Rüstəmov Elviri öyrədərək mənimlə universitetdə kiçik bir insident yaratmasına təhrik edib. Elvir də məni universitetin həyətinə çağıraraq zarafatyana itələdi. Elə bu an Əlixan Bədəlov məni dekanatlığa apardı və hadisə ilə bağlı izahat tələb etdi. Öz izahatımda mən heç bir dava etmədiyimi bildirdim”. 

Fevral ayın sonunda isə universitet rəhbərliyi P.Əzimovun iştirakı olmadan məsələsini müzakirə edərək onu universitetdən xaric ediblər. 

Tələbə universitetdən xaric edilməsini qanunsuz hesab edərək, Təhsil Nazirliyinə, millət vəkillərinə - Elmira Axundovaya, Asim Mollazadəyə, Rüfət Quliyevə müraciət etdiyini və LDU-nu məhkəmə verəcəyini söyləyib.

Vəfa Cəfərova öz çıxışında “Dalğa” GH-nın P.Əzimovun hüquqlarını müdafiə komitəsi yaratmaqla məşğul olduğunu, bundan əlavə yüzlərlə oxucunun tələbənin müdafiəsi üçün imza topladıqlarını bildirib. 


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb